Sizin link burada

Qadına qarşı zor tətbiq edən 11-ci sinif şagirdi azad edildi - FOTO

 

 

Oğurluq və soyğunçuluğa cəhddə təqsirləndirilən 11-ci sinif şagirdi Rzaqulu Alalhquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Allahquliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və ona şərti cəza verilib. Təqsirləndirilən şagird məhkəmə zalından azadlığa buraxılıb.

 

Xatırladaq ki, prokuror Sabir Abdinov R.Abdullayevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

Qeyd edək ki, Nəsimi rayonu ərazisində paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman rayonun S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı polis baş serjantı Şakir Həsənov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.

 

Polis əməkdaşının çevikliyi sayəsində cinayəti törədən şəxsi hadisə yerindən bir neçə yüz metr kənarda yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutlarla birlikdə ərazi üzrə yaxınlıqdakı Polis Bölməsinə təhvil verib. Bölmədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törədərək qaçmağa cəhd göstərən şəxsin Xızı rayon sakini Rzaqulu Allahquliyev olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

 

Onu da qeyd edək ki, təqsirləndirilən şəxs 11-ci sinif şagirdidir.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>