Sizin link burada

Reanimasiyada olan tanınmış diktor Almaniyaya göndəriləcək

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılacaq.

 

Bu barədə APA-ya Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, xalq artisti Düsseldorf şəhərindəki klinikalardan birində müalicə alacaq: “Artıq bütün sənədləşmə işlərini başa çatdırmışıq, klinikadan bizə cavab gəlib. Gələn həftə Almaniyaya yollanacağıq. Ümid edirəm, orda aldığı müalicədən sonra Rafiq Hüseynovun səhhətindəki problemlər aradan qalxacaq. Bizə ən yüksək səviyyədə diqqət var. Mehriban Əliyevanın tapşırığı ilə Səhiyyə Nazirliyi bütün məsələləri həll edib”.

 

S. Hüseynova əlavə edib ki, hazırda Rafiq Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

 

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunub.  

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>