Sizin link burada

Trampın müşaviri İranı narkotik qaçaqmalçılığında ittiham etdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Qerbert Makmaster İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) Əfqanıstandan narkotiklərin qaçaqmalçılığında ittiham edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Q.Makmaster Vaşinqtonda “Demokratiyaların müdafiəsi Fondu”nda çıxışı zamanı bildirib.  

 

“İİKK mənfəət əldə etmək üçün Əfqanıstandan heroin və tiryək qaçaqmalçılığı ilə məşğuldur. Onlar bütün dünyanı zəhərləyirlər və qətllər törətmək üçün həmin vəsaitlərdən istifadə edirlər”, - deyə Q.Makmaster bildirib.  

 

 Onun sözlərinə görə, “beynəlxalq cinayətkar şəbəkə olan İİKK gəlir əldə etmək üçün həmçinin insan, silah, yanacaq, pul və digər qanunsuz mallar tədarük edir”.  

 

 ABŞ bundan əvvəl İİKK-i qadağan olunmaş təşkilatların siyahısına əlavə edib.

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>