Sizin link burada

"AvtoVAZ" 20 min maşını geri çağırdı

"AvtoVAZ" şirkəti Rusiyada 20 minə yaxın avtomobili geri çağırıb.

 

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin akkumlyatora mümkün sürtünməsi ilə bağlıdır.

 

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin fevralından satılmış "Lada Xray" modellərinə şamil olunur.

 

Bu avtomobillərdə akkumulyator kənarlarına qoruyucu lentlər ödənişsiz yapışdırılacaq.

LENT

19 Yanvar 2018
18 Yanvar 2018

Digər xəbərlər >>>