Sizin link burada

Bakıda 99 cinayətkar qrup zərərsizləşdirilib

Bakıda bu ilin 9 ayı ərzində qeydə alınan cinayətlərin statistikası açıqlanıb.

 

APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 9.148 (9.137) cinayət qeydə alınıb ki, onların da 83,2%-i (7.608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8%-i isə (1.540-ı) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 2,7%, o cümlədən qəsdən adam öldürmə cinayətləri 14,6% azalıb.

 

Cinayətlərin 79,1%-nin (78,5%), ağır növlərinin 79,1%-nin (78,1%), qeyri-aşkar şəraitdə baş verənlərin 69,4%-nin (67,8%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.316 cinayətdən 94,5%-i (95,7%), o cümlədən qəsdən adam öldürmələrin 95,5%-i (98,0%), adam öldürməyə cəhdlərin 100%-i (100%), adam oğurluqlarının 100%-i (50,0%) və zorlamaların 100%-i  (100%)  açılıb.

 

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,6%, ağır və xüsusilə ağır cinayətlərin açılması 1,0%, adam oğurluğu cinayəti 50,0%, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,3%, hədə-qorxu ilə tələb etmələr 3,8%, insan alveri ilə bağlı cəmi cinayətlər 2,0%, mülkiyyət əleyhinə olan cinayətlər 2,7%,  o cümlədən xüsusi əmlak oğurluqları 4,3%, mənzillərdən edilən oğurluqlar 1,3%, mal-qara oğurluğu 0,8%, avtonəqliyyat oğurluğu 31,3%, soyğunçuluqlar 12,9%, quldurluqlar isə 5,9%, yaxşılaşıb.

 

Müşavirədə qeyd olunub ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3.944 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə  223  bağlı cinayət açılıb.

 

Təqsirləndirilən şəxs qismində axtarışda olan 1.566 nəfərdən 66,5%-i (-2,5%, 1.042-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 600 nəfərdən isə 48,2%-i (-4,8%, 289-u) tutulub. Bununla yanaşı, 60 soyğunçuluq və quldurluq cinayəti törətmiş 107 nəfərdən ibarət 50 qrup, eləcə də 101 mənzil oğurluğu törətmiş 121 nəfərdən ibarət 49 cinayətkar qrup ifşa olunub.

 

Hesabat dövründə  narkotiklərlə bağlı aşkar edilmiş 628 (973) fakt üzrə qanunsuz dövriyyədən 267 kq-dan çox (+31 kq 230 qr) narkotik vasitə çıxarılıb. 107 odlu silah, 33 qumbara, 2.360 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 54 odlu silah əməliyyat yolu ilə götürülüb.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>