Sizin link burada

Gəncədə 2 qadın tutuldu

Gəncədə oğurluq etmiş qadınlar tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 14-nə keçən gecə DİN-in "102” Zəng Mərkəzinə Gəncə şəhəri ərazisindəki evlərin birindən oğurluq olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Məlum olub ki, evdən 100 manat, 400 ABŞ dolları, habelə qızıl əşyalar oğurlanıb. Polis əməkdaşlarının şübhələri Roza adlı qadının üzərində cəmləndiyindən o, şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib. Araşdırmalarla onun Göygöl rayon sakini Roza Cabbarova olduğu məlum olub.

Bundan başqa oktyabrın 17-də Gəncə şəhər ərazisindəki daha bir evdən oğurluq olması barədə polisə müraciət edilib. Polis əməkdaşlarının apardıqları araşdırmalarla evdən 140 manat və qızıl üzük oğurlanması məlum olub.

Həyata keçirilən əməliyyat tədbiri ilə oğurluğu törətməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Təranə Məmmədova saxlanılaraq Polis İdarəsinə gətirilib.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>