Sizin link burada

Kataloniyanın muxtariyyəti də ləğv edilir

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir.

 

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabinetiməlumat yayıb. Məlumata əsasən, Konstitusiyanın Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutan 155-ci maddəsinin tətbiqinə başlanacaq.  

 

Rəsmi Madrid Kataloniyanın müstəqilliyindən imtina edilməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb. Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon isə rəsmi Madridin onlarla dialoqa başlamayacağı təqdirdə Muxtar Respublikanın parlamentində müstəqilliq məsələsini səsverməyə çıxaracaqlarını bəyan edib.

 

Qeyd edək ki, K. Puçdemon bu il oktyabrın 1-də keçirilən mübahisəli referendumdan sonra Kataloniyanın müstəqilliyinin elan olunacağını bildirib.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>