Sizin link burada

Kseniya Sobçak Putinə rəqib olacağını açıqladı

 

Kseniya Sobçak gələn il keçiriləcək prezident seçkilərində Vladimir Putinə rəqib olacağını bəyan edib. Lent.az xəbər verir ki, Rusiya telekanallarından birində qonaq olan Sobçak qərarını elan edib: "Bu qədər susqunluq yetər. Artıq qərar vermişəm və prezidentliyə namizədliyimi bəyan edirəm”.

 

35 yaşlı Kseniya Sobçak Moskva etlitasının ulduzlarından biridir. Əvvəllər liberal müxalifətçiliyi ilə tanınan gənc siyasətçinin seçkilərdə Putinin mövqeyini daha da gücləndirəcəyi ehtimal edilir. Belə ki, müxalifətin əsas namizədi olan Aleksey Navalnının səslərinin bir hissəsinin Sobçaka istiqamətlənməsi gözlənilir.

 

Kremlin sözcüsü Dmitri Peskov isə xanım siyasətçinin qərarını şərh edərkən onun hələ çox gənc olduğunu, hər şeyi yenidən başlamalı və siyasi görüşlərini təsdiq etməli olduğunu deyib.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>