Sizin link burada

"Fürsət tapan kimi məni zorlayırdılar" - çempiondan ŞOK AÇIQLAMA

ABŞ yığmasının üzvü, olimpiya çempionu Makkayla Maroni dünya idmanını şoka salan açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, dekabrın 9-da 22 yaşını tamam edəcək gimnast məşqçi və həkimi tərəfindən zorlandığını deyib.

 

O bildirib ki, bakirəliyini 13 yaşında ABŞ yığmasının həkimi Larri Nassar pozub. Ardınca isə məşqçiləri də 7 il bunu zorlamaqda davam ediblər.

 

Maroni tvitter üzərindən verdiyi açıqlamasında 2012-ci ildə Londonda Olimpiya çempionu olmazdan az öncə Nassar tərəfindən zorlandığını vurğulayıb. Onun sözlərinə görə, həkimim müalicə adı ilə ona dəfələrlə təcavüz edib: “Mənə uçuşlardan öncə yuxu dərmanı verirdi. Bir dədə onun otel otağında oyandım. Yaponiyada yaşanan hadisədə isə guya məni müalicə etdiyini söylədi”.

 

Ötən il karyerasını bitirən gimnast Texas ştatında beynəlxalq təlim-məşq toplanışı zamanı ilk dəfə zorlandığını da etiraf edib. O bildirib ki, həkim bunu ona “müalicə” adı ilə tətbiq edib: “Bu, müalicənin bir parçasıdı” deyirdi. Bütün yarışlardan öncə fürsət tapan kimi məni belə “müalicə” edirdi. Londonda qızıl və gümüş medal qazanmamışdan öncə məni zorladı. Onun ən böyük cinsi hücumuna isə Tokiodakı dünya çempionatından öncə məruz qalmışam”.

 

Maroni açıqlamasında məşqçilərinin də onu zorladığını açıqlasa da, onlar barədə danışmayıb. Onun çalışdırıcısı isə erməni Artur Akopyandı.

 

Qeyd edək ki, 3 ayrı uşaq pornoqrafiyası ilə bağlı məhkəməyə çıxan həkim həbs cəzası alıb. Həmçinin, 125-dən çox qadının şikayəti əsasında araşdırmalar davam edir. Yekun nəticə noyabrın 27-də açıqlanacaq.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>