Sizin link burada

Göyçay sakini Ukraynada döyülərək öldürüldü

Ukraynada yaşayan Göyçay rayon sakini qətlə yetirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxs Göyçayın Çaxırlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov İlqar Tahir oğludur. O, bir neçə il əvvəl işləmək üçün Ukraynaya gedib, orada kiçik bizneslə məşğul olub. Bir neçə gün əvvəl Kiyevdə yerli sakinlər tərəfindən döyülən T. Məmmədov aldığı xəsarətlərdən ölüb. İ. Məmmədovun öldürülməsinin səbəbi hələlik məlum deyil.

 

Onun cənazəsi Göyçaya gətirilərək dəfn edilib.

 

Yerli hüquq-mühafizə orqanları faktı araşdırır. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>