Sizin link burada

Arif Quliyev müğənnilik edəcək : yeni mahnısını təqdim etdi - VİDEO

Xalq artisti Arif Quliyev el şənliklərində özünü müğənni kimi də sınamaq qərarına gəlib. Lent.az-ın məlumatına görə, aktyor bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb: “Bəsdir güldürdüm, danışdım. İndi də müğənnilik edəcəm. İstəyirəm ki, toylarda oxuyum. Ona görə də yeni mahnı yazdırdım. Həvəskaram, müğənni yanında oxumağa utanıram. Mən musiqili komediya fakültəsini bitirmişəm. Düz 2 il incəsənət universitetinə aktyorluqdan imtahan vermişəm, qəbul ola bilməmişəm. Amma 3-cü dəfə fikirləşdim ki, sənədlərimi musiqili komediya fakültəsinə verim. Elə mahnını yaxşı oxuduğuma görə məni ali məktəbə qəbul elədilər”.

 

Aktyor onu da əlavə edib ki, toy qiyməti elə də baha deyil: “Mən heç bir zaman bir qiymət deyib, o məbləğdə də dayanmıram. Kim nə hörmət edirsə, o qiymətə də razılaşıram. Toy qiymətim elə də baha deyil”. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>