Sizin link burada

Bakıda qanlı cinayət: əmisi oğlunu işlədiyi yerdə öldürdü - TƏFƏRRÜAT

 

Dünən Bakıda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın xəbərinə görə, məlum olub ki, Xəzər rayonu Türkan qəsəbəsində Şəki rayon sakini, 1981-ci il təvəllüdlü İsgəndərov Rəşad Aslan oğlu əmisi oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov Pərviz Məzahir oğlunu söyüş üstündə öldürüb.

 

Əmioğlular Şəki rayon sakinidir və Türkan qəsəbəsində usta işlədikləri evin bir otağında müvəqqəti qalırlarmış. Dünən nahar vaxtı onlar arasında münaqişə yaranıb və bu zaman Pərviz özündən 7 yaş böyük olan əmisi oğlunu söyüb. Əsəblərinə hakim ola bilməyən Rəşad İsgəndərov bıçaqla Pərvizə bir zərbə vurub. Zərbə 29 yaşlı oğlanın ürəyinə tuş gəlib və o, hadisə yerində ölüb.

 

Əmisi oğlunu bıçaqlayandan sonra Rəşad İsgəndərov yaxınlıqdakı şəxsləri köməyə çağırıb, təcili tibbi yardıma müraciət edib. Lakin artıq gec olub.

 

R.İsgəndərov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

*****

 

9:56

 

Bakıda qətl törədilib. Lent.az xəbər verir ki, Xəzər rayonu Türkan qəsəbəsində Şəki rayon sakini, 1981-ci il təvəllüdlü İsgəndərov Rəşad Aslan oğlu əmisi oğlu, 1988-ci ildə anadan olmuş İsgəndərov Pərviz Məzahir oğlunu bıçaqlayaraq öldürüb.

 

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

 

Əmisi oğlunu öldürən R.İsgəndərov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>