Sizin link burada

Şabranda “Mercedes”lə “Shacman” toqquşdu

Şabranda yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində “Shacman” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

LENT

18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018

Digər xəbərlər >>>