Sizin link burada

“Neymarla dost olmaq məcburiyyətində deyiləm” - Kavani

PSJ-nin hücumçusu Edinson Kavani komanda yoldaşı Neymarla yaranmış mübahisədən danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı forvard məlum hadisənin komandaya təsir etmədiyini bildirib.

 

Kavani “sambaçı” ilə dostlaşmaq məcburiyyətində olmadığını sözlərinə əlavə edib: “Penalti söhbəti keçmişdə qaldı. Bunlar futbolda olan şeylərdi. Buna bir çarə tapmalı və komandanın işinə mane olmamalıyıq. Mübariz komanda olmalı, titullar qazanmalıyıq. Ancaq Neymarla iki dost olmaq məcburiyyətində deyilik. Üzərimizə düşən iş məşqlərdə və oyunlarda peşəkar şəkildə davranmaqdı. Meydandan kənarda hər kəsin öz həyatı var”.

 

Ulduz futbolçu komandada penaltini kimin vurmasına baş məşqçi Unay Emerinin qərar verdiyini vurğulayıb: “Bu məsələdə söz sahibi Emeridi. O, komandanın yaxşılığı üçün düzgün qərar verən şəxsdi. Mən penaltinin əlimdən alındığını düşünmürəm”.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>