Sizin link burada

Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək

Oktyabrın 24-də görkəmli şair Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş gecə keçiriləcək. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.     

 

Beynəlxaq Muğam Mərkəzində keçirilməsi nəzərdə tutulan konsertdə,  Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Məmməd Nəcəfov, Babək Quliyev, Xətai Hacıyev, Zeynal Əhmədov və Pərviz Qasımov “Aypara” instrumental ansamblının müşayiəti ilə Molla Pənah Vaqifin qəzəllərində ibarət muğamları səsləndirəcəklər.

 

Qeyd edək ki, tədbirə APA, APA.TV, Lent.az və Vesti.az informasiya dəstəyi verir. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>