Sizin link burada

"Trabzonspor"un yeni baş məşqçisi bəlli oldu

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin “Trabzonspor”a keçidi baş tutmayacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bordo-mavililər”in yeni çalışdırıcısı yerli mütəxəssis olacaq.

 

Belə ki, Prosineçkini uzun müddət gözləməkdən imtina edən trabzonlular Rıza Çalımbayla danışıqları yekunlaşdırıblar. Çalımbay bu gün Trabzona yollanaraq, klub rəhbərliyi ilə görüşüb və cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Onun yeni komandasında köməkçiləri də müəyyənləşib. Belə ki, “Antalyaspor”da olduğu kimi, “Trabzonspor”da da Çalımbaya Kərəm Atılmaz, Mehmet Bülənt Albayrak, Kənan Oktay, Mustafa Cengiz Birgen, Ayhan Tenbeloğlu, Burhan Kılıç və Sərvət Çətin kömək edəcəklər.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>