Sizin link burada

"Azərbaycanda turistlərə yüksək qonaqpərvərlik göstərilir" - Prezident - YENİLƏNİB

 

Azərbaycan prezidenti İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, Əbdüllətif bin Raşid Əl-Zəyyənin mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiklərini və əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduğunu bildirib: “Bu münasibətlərin inkişafında sizin rəhbərliyinizə görə minnətdarıq”.

 

Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyənin bu tədbirin Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından önəmlidir. Qonaq deyib ki, Azərbaycana körfəz dövlətlərindən gələn turistlərin sayının artması məmnunluq doğurur.

 

Təşkilata üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu dövlətlərlə güclü siyasi münasibətlərimizin mövcud olduğunu deyən prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd edib.

 

Azərbaycanda turizmin inkişafı üçün böyük işlərin görüldüyünü bildirən dövlət başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda turistlərə yüksək qonaqpərvərlik göstərildiyini deyib, bunun da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsi işinə töhfəsini verdiyini vurğulayıb.

 

İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd edən dövlət başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu vurğulayaraq bu baxımdan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artdığını məmnunluqla qeyd edən prezident İlham Əliyev vurğulayıb ki, bu il Davos Dünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq görüb.

 

Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini, ölkəmizdə bu yaxınlarda İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edərək, bu Oyunların İslam ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb.

 

Söhbət zamanı üzv dövlətlər ilə Azərbaycan arasında havaəlaqələrinin genişləndirilməsinin məqsədəuyğun olduğu qeyd edilib.

 

Sonda prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub.

 

***

 

 

10:24

 

Prezident İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu haqda xəbəri AzərTAC yayıb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>