Sizin link burada

“Şəxsiyyət, dövlət, möcüzə…” kitabının təqdimatı olub

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda İnstitutun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Əli Rzayevin “Şəxsiyyət Dövlət Möcüzə…” adlı kitabının təqdimat mərasimi keçirilib. Nəşrin müəllifi institutun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Əli Rzayevdir. Tədbirdə HİHİ-nin direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru Nazim Cəfərli nəşrin mövzusunun ictimaiyyət üçün aktual olduğunu bildirərək  qeyd edib ki, kitabda şəxsiyyət-dövlət-möcüzə probleminin hüquq prizmasından araşdırıldığını söyləyib.

 

Bildirilib ki, “Şəxsiyyət. Dövlət. Möcüzə…” kitabında insan, fərd və şəxsiyyətin mahiyyəti, insanın canlı aləmdə yeri, şəxsiyyətin xarakterik xüsusiyyətləri (temperamenti, qabiliyyəti və dahiliyi), şəxsiyyətin ləyaqət və statusu təhlil edilməklə ideal şəxsiyyət modeli formalaşdırılır. Nəşrin “Dövlət mexanizmi” adlanan fəslində dövlətçilik sistemi və onun elementləri: dövlət, dövlət hakimiyyəti, dövlət aparatı dövlət idarəetməsi və dövlət qulluğu üzvi bağlılıqla təhlil edilir, dövlət suverenliyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması, mahiyyəti araşdırılır. Milli Məclisin deputatları Fazil Mustafa, Elman Nəsirov, Zahid Oruc, Qüdrət Həsənquliyev, AMEA-nın Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, hüquq elmləri doktoru Habil Qurbanov və başqaları bildiriblər ki, kitab tarixi faktlara və bu faktları əsaslandıran mənbələrlə zəngindir. Müəllif tərəfindən təqdim olunan müvafiq mənbələrə əsaslanaraq mülahizə və ideyalar təhrif olunmadan oxucuya çatdırılır. Kitabda şəxsiyyətin məzmunu, dövlətin təşəkkülü və mahiyyəti, dövlətçilik haqqında böyük mütəfəkkirlərin fikirləri, şumer və “Quran” möcüzələri, şərq mədəniyyətinin qərbə transformasiya yolları müxtəlif aspektlərdə təhlil edilib. Nəşr elm və təhsil sahəsində tələbə auditoriyası üçün dərs vəsaiti kimi, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>