Sizin link burada

Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti olacaq

 

 

 

Oktyabrın 30- u saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə  Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti keçiriləcək. Lent.az-ın məlumatına görə, konsertdə muğam, xalq və bəstəkar mahnıları ifa olunacaq.

 İfaçıları Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Dirijor: Mustafa Aşurovdur.

Biletləri şəhərin Mərkəzləşdirilmiş Kassalarından və Asan Xidmət Mərkəzlərindən əldə edə bilərsiniz.

 

Qeyd edək ki, Lent.az konsertə informasiya dəstəyi verir. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>