Sizin link burada

Deniz Baykal əməliyyat ediləcək

 

Türkiyəndə əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, Antalyadan millət vəkili seçilmiş tanınmış siyasətçi Deniz Baykal əməliyyat olunacaq. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Fransada səhhətində problemlər yaranan və dünən Ankaradakı “İbn Sina” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Dəniz Baykalın beynində şiş aşkarlanıb. Belə ki, yüksək hərarətlə xəstəxanaya daxil olan siyasətçinin müayinəsi zamanı onun beynində qanama və kistalaşma əlamətləri aşkarlanıb.

 

Türkiyənin səhiyyə naziri Ahmet Demircan deyib ki, həmin şiş həyati təhlükə yaratmır. Bununla belə, həkimlər cərrahi müdaxiləni vacib sayıb və Dəniz Baykalın əməliyyat edilməsinə qərar verilib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>