Sizin link burada

Aybəniz Haşımova: "Müğənni yox, prokuror olmaq istəyirdim"

Əməkdar artist Aybəniz Haşımova keçmişindən danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, keçmişini unuda bilmir: "Çox gözəl uşaqlığım olub. Uşaq vaxtı ona görə xoşbəxt oldum ki, məni Azərbaycan incəsənətinə gətirdilər. Mən sənətə gəldim, əlçatmaz insanları gördüm. Əslində mən müğənni yox, prokuror olmaq istəyirdim. Niyə? "Qanun naminə" filmi var.  O filmdə Qaloş Mehmanı öldürür. Mən də Mehmanı çox sevirdim, Qaloşu tapıb onu cəzalandırmaq istəyirdim. Balaca yaşımdan prokuror olmaq arzusu ilə böyüdüm".

 

A.Haşımova onu da əlavə edib ki, bəzi istedadlı insanlar maddi çatışmazlıq səbəbindən efirlərə çıxa bilmir: "Səsin varlı, kasıblığa dəxli yoxdur, o Allah vergisidir. Azərbaycan öz istedadlı insanlarına sahib çıxa bilir. Amma elə insanlar da var ki, efirə çıxmağa pulları yoxdu". 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>