Sizin link burada

İŞİD Kərkükdə iki kəndi ələ keçirdi

İŞİD terror qruplaşmasının silahlıları Kərkük şəhərindən şimal-qərbdə yerləşən iki kəndi ələ keçiriblər.

 

APA-nın məlumatına görə, bu barədə İraqın “Əs-Sumariyə” telekanalı xəbər verib.

 

Məlumata əsasən, yerli əhali yaşayış məntəqələrini tərk etməli olub. Ələ keçirilən kəndlər Kərkük şəhərini kürd muxtariyyətinin paytaxtı Ərbillə birləşdirən yolda yerləşir.

 

Qeyd edək ki, ötən gecə kürd peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olan İraq ordusu Kərkük vilayətində strateji mövqelərə nəzarəti ələ keçirib.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>