Sizin link burada

Miqrantları daşıyan qayıq hərbi gəmi ilə toqquşdu - 34 ölü

Aralıq dənizində miqrantları daşıyan qayıq Tunis Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi gəmi ilə toqquşub.

 

APA-nın məlumatına görə, bu barədə “Tunis Afrique Presse” agentliyi xəbər verib.

 

Hadisə nəticəsində azı 34 nəfər ölüb. Ötən gün xilasedicilər 16 nəfərin meyitini sudan çıxarıblar.

 

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Tunisin müdafiə nazirliyi qəzanın səbəblərini araşdırır. 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>