Sizin link burada

Günellə Vüsalə yenidən davaya çıxdı: "Atamla görüşmək istəyir"

Aparıcı Vüsalə Kərimovanın müğənni Günel Ələkbərova barəsində dediyi “Günelin qulağı elə tərbiyəsiz və səviyyəsiz sözlər, söyüşlər eşidib ki... Mənim ona dediyim sözlər onun indiyə kimi eşitdiyi ən tərbiyəli sözlərdir” sözləri cavabsız qalmayıb. Lent.az-a açıqlama verən G.Ələkbərova aparıcının ünvanına bu sözləri deyib: “Açığı, mənə qarşı deyilən söyüşləri xatırlamıram, amma yəqin ona kimsə söyüş söyüb, mən eşitmişəm. Adımın o xanımla hallanmasını istəmirəm. Tərbiyəsiz çıxışları ilə “Maşın şou”dakıları da bezdirmişdi. Arif Quliyev də onun əlindən çıxdı getdi. Onu kameradan kənar çağırdım söhbətə, amma qorxusundan gəlmədi. Yaxşı olardı ki, oyunda deyiləmsə, tərbiyəsizliyini kənara qoysun və mənim barəmdə nəsə danışmasın. Ümumiyyətlə, mənəvi cəhətdən kasad birinin mənim haqqımda nəsə deməyə haqqı yoxdur. Kiməsə söyüş söyən, tərbiyəsizlik edən birinə xanım demək çətindi. Amma nə edək, bu xanımın psixoloji problemi var. Bu da realiti-şoudu, gərginlik olur, insanın gerçək üzü ortaya çıxır. Yəni efirdə tərbiyəli görsənməklə deyil, bu yarışda hər kəsin əsas siması ortada olur. Sizin vasitənizlə ona demək istəyirəm ki, bəsdir, hər kəs sənin tərbiyəsizliyindən danışır. Artıq sus, danışdıqca, batırsan. Mən özümə hörmət edən xanımam. Əgər kimsə söyüş söyürsə, öz tərbiyəsini göstərir. Hətta o canlı yayımda dedi ki, “Murad müəllim, əgər Günelin .... çatırsa... Bu adam aparıcıdır, söyüş söyür”.

 

G.Ələkbərova bildirib ki,  aparıcı barədə söylədiyi “Oğlu yaşda oğlanla sevgilidir” sözlərinə görə məhkəməlik olmağından qorxmur: “Bu sözlərə görə məhkəməyə versin. Bunu hamı bilir. Mən onun şərəf və ləyaqətinə toxunmamışam ki... Məni təhqir etdiyi kimi onu təhqir etməmişəm ki? Məhkəməyə verəcək, çox gözəl. Mənim də vəkilim var. Hazıram. Həyatı boyu heç kimin şəxsi həyatına qarışmamışam. Çünki hər kəsin həyatı şəxsidir. Amma mən bu açıqlamanı verəndə müğənni Yaşar Cəlilovun adını çəkməmişəm. O bu sözləri özünə götürüb, cavab veribsə, bu, onun öz işidir. Yaşar bu söhbətə görə mənim atamla görüşmək istəyib. Atam rəhmətə gedib, problem deyil, getsin qəbiristanlıqda görüşsün. Mənlə “razborka” çürütmək istəyir. Heç kimin başı üçün deyil ki, mənlə “razborka” çürütsün. Mən yiyəsiz adam deyiləm. Heç kimdən qorxmuram. Hərə gedib öz vedrəsinin danqıltısına qulaq assın”.

 

Müğənni sonda V. Kərimovaya xəbərdarlıq da edib: “Ümumiyyətlə, adımın qalmaqalda səslənməsini istəmirəm. Sizin vasitəsinzlə o xanıma xəbərdar edirəm ki, adımı çəkib, özünü reklam etməsin. Mənə qalmaqal lazım deyil”.

 

Xatırladaq ki, aparıcı Vüsalə Kərimova "ATV maqazın 10-larla” verilişində Günel barəsində bu sözləri demişdi: "Onun qulağı elə tərbiyəsiz və səviyyəsiz sözlər, söyüşlər eşidib ki... Mən əminəm ki, mənim ona dediyim sözlər onun indiyə kimi eşitdiyi ən tərbiyəli sözlərdir.”

 

Qeyd edək ki, xanımlar arasında dava "Maşın” realiti şousunda başlayıb və Vüsalə Günelə qalib gələrək, onu yarışmadan uzaqlaşdırıb. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>