Sizin link burada

DSX-nın orkestri teatr səhnəsində konsert verəcək

Oktyabrın 20-si ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti baş tutacaq. Lent.az xəbər verir ki, bu dəfə hərbi orkestr ənənəvi repertuarla yanaşı, estrada janrında yazılan mahnıları da ifa edəcək. Tanınmış estrada ifaçılarını müşayiət edəcək orkestr tamaşaçılar üçün maraqlı musiqi nömrələri hazırlayıb.

Konsertdə xalq artisti Samir Cəfərov, əməkdar artist Xəyyam Mustafazadə, Elnarə Xəlilova, Rəşad İlyasov, Eldar Quliyev, Dilarə Kazımova, İlqar Xəyal, Fərid Əsgərov, Tural Ağasıyev, Fəxri Kazım Nicat iştirak edəcək. Orkestrin dirijoru Səməd Vəkilovdur.

Bundan əlavə konsertdə Dövlət Sərhəd Xidmetinin "Sərhədçi" rəqs ansamblı da çıxış edəcək. 

Konsert saat 19:00-da başlayır.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>