Sizin link burada

Avropa İttifaqının nümayəndəsindən Azərbaycan və AŞPA-ya dialoq ÇAĞIRIŞI

Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas Azərbaycan və AŞPA arasında yaranmış gərginliyə münasibət bildirib.

 

APA-nın xəbərinə görə, K. Yankauskas tərəfləri dialoqa çağırıb.

 

O bildirib ki, AŞPA olduqca əhəmiyyətli təşkilatdır: "Bu təşkilata üzv olan hər bir ölkə dialoq və intensiv iş köməkliyi ilə irəli getməlidir. Düşünürəm ki, AŞPA kimi önəmli təşkilatda qalmaq üçün hamımız səylər göstərməliyik. Ümid edirəm ki, bu məsələnin həlli üçün Bakı və Strasburq arasında aparılan dialoq davam edəcək".

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>