Sizin link burada

Gəncədə ana və 3 yaşlı oğlu yoxa çıxıb - FOTO

Gəncədə ana və oğlu itkin düşüb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, cari il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar. Həmin qadının xarakterik əlamətləri belədir:  boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

 

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə  022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.    

            

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>