Sizin link burada

Bakıda betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTO - YENİLƏNİB

 

Bakıda metronun “Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

 

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir. 

 

 

***

 

17:14

 

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az xəbər verir ki, "Koroğlu" nəqliyyat qovşağında, Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpüdən beton qarışdıran ağırtonnajlı yük maşını aşıb. Hadisə zamanı kənardan hərəkət edən "VAZ" markalı minik avtomobili həmin yük maşınının altında qalıb.

 

İlkin məlumata görə, "VAZ"da olan bir nəfər hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>