Sizin link burada

Amerikalı diplomat: "Azərbaycana çox minnətdarıq"

 

“ABŞ və Azərbaycan hökumətləri arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq mövcuddur”.
 
APA-nın xəbərinə görə, bu sözləri Saatlı rayonunun Varxan kəndində təkmilləşmiş suvarma sisteminin açılışında iştirak edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.


U. Gil ABŞ və Azərbaycan arasında qlobal terrorçuluğa qarşı aparılan mübarizədə gözəl əməkdaşlıq mövcud olduğunu bildirib: “Qlobal müstəvidə Azərbaycanın verdiyi töhfələrə görə biz Azərbaycana çox minnətdarıq. Azərbaycan əsgərləri NATO-nun Əfqanıstanda “Taliban”a qarşı aparılan əməliyyatlarında, o cümlədən sülhməramlı əməliyyatlarda iştirak edirlər. Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barəsində danışarkən onu qeyd etməliyəm ki, dünən Azərbaycanda səfərdə olan müdafiə nazirimizin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper də bu sahədə tərəfdaşlığı yüksək qiymətləndirdi”. 

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>