Sizin link burada

Tüfeyli həyat yaşayan şəxsi öldürənlərə 35 il həbs

Bakıda tüfeyli həyat tərzi keçirən şəxsi öldürməkdə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Lent.az-ın məlumatına  görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hokum ilə hər iki şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində baş verib. Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>