Sizin link burada

Sərnişinləri təhlükəyə atan sürücü işdən çıxarıldı

Dünən sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı videogörüntü yayılıb. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, məsələ idarə tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb: “Müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin".

 

Məlumatda qeyd edilib ki, Bakı Nəqliyyat Agentliyinin sərnişinlərinin təhlükəsizliyi ilə bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən daşıyıcılara və sürücülərə qarşı barışmaz mövqeyi davam edəcək. 

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>