Sizin link burada

Vətəndaşa küllü miqdarda pul "atan" "polis"in məhkəməsi başladı

  

 

Polis adı ilə vətəndaşa qarşı  dələduzluqda təqsirləndirilən Rövşən Şirinovun cinayət işi üzrə məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı oktyabrın 19-na təyin edilib.

 

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

 

 Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini R.Şükürov saxlanılıb.

 

Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>