Sizin link burada

Prosineçki millimizdə qalacaq, ya gedəcək? - AÇIQLAMA

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin ölkəmizə gələcəyi tarix müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Xorvatiya mətbuatına mütəxəssis özü verib.

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə səfər matçından sonra birbaşa ölkəsinə yollanan Prosineçkinin dekabrda başa çatacaq müqavilə müddətini uzatmayacağı gözlənilir. Onun Sloveniya və ya Bosniya və Herseqovina millisini çalışdırma ehtimalı son günlər gündəmdən düşmür.

48 yaşlı çalışdırıcı gələn həftə ölkəmizə gələcəyini və bütün məsələlərə aydınlıq gətirəcəyini söyləyib: “AFFA ilə dekabra qədər müqaviləm var. Gələn həftənin ikinci günü Bakıya gedəcəm. Fikrim ya ordakı işimi davam etdirmək, ya da son qoymaqdı”.

Prosineçki Sloveniya millisini çalışdırmağın da əleyhinə deyil. O, balkanlardan zəng gözlədiyini etiraf edib: “Sloveniyalıları gözləyirəm. Onlar mənə zəng vuracaqlarını açıqlamışdılar. Lakin hələ ki, əlaqə saxlayan yoxdu”.

LENT

14 Dekabr 2017

Digər xəbərlər >>>