Sizin link burada

Avtomobil 71 yaşlı qadını vurub öldürdü

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Gədəbəy şəhəri Heydər Əliyev prospektində "VAZ 21015" markalı, 21 BF 361 dövlət qeydiyyat nişanlı avtomobil 71 yaşlı qadını vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gədəbəy rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>