Sizin link burada

Suriyada kamikadzelər 50 can aldı

Suriyanın şimal-şərqində İŞİD terrorçuları tərəfindən törədilən terror aktı nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı Xasaka əyalətinin Əbu Fas yaşayış məntəqəsində baş verib. Terrorçu-kamikadzelər tərəfindən  idarə olunan minalanmış avtomobillər insanların sıx olduğu ərazilərdə partladılıb.  

 

“Röyter” partlayışlar nəticəsində azı 50 nəfərin öldüyünü bildirib.  

 

Ölənlər arasında Deyr əz Zordan qaçmış çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.  

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>