Sizin link burada

Türkiyə Suriya sərhədinə hərbi maşınlarını cəmləşdirir

Türkiyənin Hatay əyalətinin Suriya ilə həmsərhəd Reyhanlı rayonuna xeyli sayda hərbi nəqliyyat vasitələri və təcili yardım maşınları cəmləşdirilir. APA-nın xəbərinə görə, bu barədə “Anadolu” xəbər agentliyi Türkiyə Baş Qərargahına istinadən məlumat yayıb.  

 

Məlumata görə, sərhədə cəmləşdirilən nəqliyyat vasitələri Türkiyə hərbi kontingentinin İdlibdəki təhlükəsizlik zonasına yerləşdirilməsi prosesinə cəlb ediləcək.  

 

Əməliyyat Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi güdür. Hərbi kontingentin İdlibdə yerləşdirilməsi prosesindən əvvəl 8-11 oktyabr tarixlərində kəşfiyyat əməliyyatı keçirilib.   

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>