Sizin link burada

Horadizdə top mərmisi tapıldı

Füzuli rayonunda top mərmisi aşkarlanıb. Lent.az-ın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, oktyabrın 12-də DİN-nin “102” xidməti-zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Horadiz qəsəbəsi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

 

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən Horadiz qəsəbəsində “Burğa dərəsi” adlanan əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib,  zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib. 

LENT

19 Oktyabr 2017

Digər xəbərlər >>>