Sizin link burada

Avtobus yük maşını ilə toqquşdu: 4 yaralı

Bakıda avtobus yük maşını ilə toqquşub, xəsarət alanlar var. APA-nın xəbərinə görə, qəza paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 163 saylı marşrut xətti üzrə hərəkət edən “Daevoo” markalı avtobus  “Howo” markalı yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində avtobusdakı 4 nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinikasına yerləşdirilib.

 

İlkin tibbi yardımdan sonra xəsarət alan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>