Sizin link burada

Fövqəladə Hallar Nazirliyində hesabat-seçki konfransı keçirilib

Bu gün Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, konfransda fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə iştirak edib.

Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək rəhbərlik etdiyi ittifaqın 2014-2017-ci illər ərzində gördüyü işlər haqqında ətraflı məlumat verib.

Sonra Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nəcibə Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın 2014-2017-ci illər ərzində gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, Nazirliyin Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurmuş, həmçinin tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli adət-ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlər keçirib. Eyni zamanda, komitə üzvü olan işçilərin doğum günləri qeyd edilmiş, sosial vəziyyətləri aşağı olan işçilərə maddi və mənəvi köməklik göstərilmiş, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində mühüm addımlar atılıb.

Komitə sədrinin hesabatı konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab olunub.

Konfransın sonunda Nəcibə Əfəndiyeva yenidən Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>