Sizin link burada

Azərbaycanda yeni nazir təyin olundu - DOSYE

Azərbaycanın yeni energetika naziri təyin olunub. 

 

Lent.az-ın AzərTAC-a istinadən xəbərinə görə, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

 

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. Daha sonra Almaniyada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

 

Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>