Sizin link burada

Qənirə Paşayeva : "Azərbaycan bütün terror təşkilatları ilə aktiv mübarizə aparır"

 

Bu gün AŞPA-da “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edib.

 

Lent.az-ın məlumatına görə, millət vəkili terrorla mübarizədə ikili standartlara yol verilməməli olduğunu deyib: "Mən bir müddət öncə Türkiyənin İraq və Suriya sərhədində İŞID zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüm. İraq türkmənlərinin təmsilçiləri, İraq Türkmən Cəbhəsinin rəsmiləri  İŞİD-ın İraqda, türkmənlərin yaşadığı bölgələrdə etdikləri dəhşətli cinayətlərdən bəhs etdilər. AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞİD ilə mübarizə məsələsində onlara dəstək verilmədiyini söylədilər və sizə çağırış etdilər. Təqribən 20 gün öncə isə Türkiyənin Suriya ilə sərhədindəki vilayəti - Hataydakı qaçqın düşərgəsində Suriyadan qaçaraq Türkiyənin sərhəd bölgələrinə sığınan qaçqınlarla görüşdük. Suriyanın Türkməndağı və Bayırbucak bölgələrindən bura sığınan qaçqınlar da eyni şeyləri söyləyərək, İŞİD ilə mübarizədə beynəlxalq təşkilatların, Avropa ölkələrinin fəal rol oynamamasından şikayət etdilər və sizdən daha çox dəstək gözlədikləri çağırışını burda onların adından  səsləndirməyi xahiş etdilər. İŞİD zülmündən əziyyət çəkən bütün bölgə xalqları və dövlətləri sizdən dəstək gözləyirlər. Həm İraq, həm də Suriyadan olan qaçqınlar həm İŞİD-lə mübarizədə, həm də qaçqınlara sahib çıxma məsələsində ən çox qonşu Türkiyənin dəstəyini hiss etdiklərini söylədilər. Əhalisinin böyük hissəsi müsəlman olan ölkəm Azərbaycan da İŞİD-lə mübarizədə ciddi addımlar atmaqdadır. Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənın terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır". 

 

Millət vəkili bildirib ki, İŞİD beynəlxalq terror təşkilatıdır: “Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞİD-ı müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. İŞİD-ın etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞİD-ın etdiklərini bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə etdiklərə çağırışlara da etirazımızı bildirməliyik. Avropada İslamofobiyanın artmasına yönəlik hərəkətlərin hansı pis nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Bu cür məsuliyyətsiz açıqlamalar sadəcə İŞİD-ın işinə yarayar. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>