Sizin link burada

BDU-nun tələbələrinə qarşı cinayət törədən şəxs tutuldu

 

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin əməkdaşları ərazidən qaçan şəxsi tutub və bölməyə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, «Samsung» və «İphone -7» markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş  Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə  Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

            

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>