Sizin link burada

9 ayda 20 uşaq dəm qazından zəhərlənib

Bu ilin yanvar-sentyabr aylarında dəm qazından zəhərlənmə ilə əlaqədar xəstəxanaya 273 nəfər müraciət edib. Bunu Lent.az-a respublikanın baş toksikoloqu Azər Maqsudov deyib. Onun sözlərinə görə, Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı gətirilən xəstələrin 20 nəfəri azyaşlı uşaqdır. Dəm qazından zəhərlənən uşaqlar arasında ölüm hadisəsi baş verməyib.

 

Baş toksikoloq qeyd edib ki, 9 ay ərzində 112 nəfər dərman, 54 nəfər sirkə turşusundan zəhərlənib. Sirkə turşusundan zəhərlənənlərdən 1 nəfər ölüb.

 

Bundan başqa, ilan sancmaları ilə bağlı 76 nəfər, əqrəb sancması ilə 14 nəfər, qaraqurd sancması ilə 11 nəfər xəstəxanaya müraciət edib.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>