Sizin link burada

Cahangir Hacıyev şikayətini geri götürdü

 

"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev barəsində hökmdən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcovla, Fəxrəddin Mehtiyev kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib.

 

Onlar bildirib ki, əlavə sənədlər əsasında kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ortaya çıxıb.

 

C.Hacıyev də məhkəməyə ərizə göndərərək vəkilləri ilə razı olduğunu qeyd edib.

 

Məhkəmənin qərarı ilə kassasiya şikayəti geri qaytarılıb.

 

 

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub. C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

Hökmdən verilən apellaysiya şikayətləri təmin edilməyib.

 

Məhkəmə Məmməd Cahangirov barəsində 7 il 6 aylıq şərti cəza müəyyənləşdirib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>