Sizin link burada

Bakıda avtomobilin altında qalan qadın öldü

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da saat 14 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Elvin Həbibov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Kəmalə Əbdürəhimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 11-də orada ölüb.

 

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>