Sizin link burada

48 yaşında ali məktəbə qəbul olan müğənnimizdən gözlənilməz addım - VİDEO

 

Uzun müddətdir, efirlərdən kənar düşən müğənni İlqar Xəyaldan xəbər var. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan 48 yaşlı ifaçı bildirib ki, bir müddət öncə 3-cü dəfə ali məktəbə daxil olsa da, təhsili dayandırıb: “Sovet vaxtı belə idi ki, hər bir sovet adamının köməkçi bir sənəti olmalı idi. Bu səbəbdən mən Texniki Universitetə daxil oldum. 6 il sərasər universitetə gedib, dərs oxumuşam. Atam-anam mənə yardım edib, tapşırmayıb, gecə-gündüz layihələr çəkmişəm. Konsert fəaliyyəti ilə əlaqədar təhsilimi müvəqqəti dayandırmışam. 3-cü təhsilimi almaq üçün  Mədəniyyət və İncəsənət Universitetinin estrada fakültəsinə daxil oldum ki, pedaqoji fəaliyyətə başlayım. Amma Türkiyədə verdiyim konsertlərdən dolayı təhsilimi dayandırmalı oldum. Ola bilər ki, gələn ildən təhsilimi davam etdirim”.

 

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>