Sizin link burada

ABŞ-ın yeni daxili təhlükəsizlik naziri qadın ola bilər

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri postuna Kirsten Nilsenin  namizədliyini irəli sürüb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

45 yaşlı K.Nilsenin namizədliyini Senat təsdiq etməlidir.

 

K.Nilsen sabiq daxili təhlükəsizlik naziri Con Kellinin müavini olub. Daha sonra C.Kelli ilə birgə Ağ Evdə çalışıb.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulda daxili təhlükəsizlik naziri, Hərbi-Dəniz Qüvvələrinin təqaüddə olan keçmiş generalı Con Kelli Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib.   Ondan əvvəl Ağ Ev aparatına Rins Pribas rəhbərlik edib.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>