Sizin link burada

14 Gürcüstan vətəndaşı tutuldu - Avstriyada

Avstriya polisinin keçirdiyi əməliyyat nəticəsində 14 Gürcüstan vətəndaşı saxlanılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstan vətəndaşları Vyana və İnsbruk şəhərlərində ümumilikdə 25 mənzili qarət etməkdə şübhəli bilinirlər.

 

Məlumata əsasən, evlərdən oğurlanan malların ümumi dəyəri 125 min avrodan çoxdur. Saxlanılanlar həmçinin mütəşəkkil cinayətkar qrupun üzvləri olmaqda şübhəli bilinirlər.

 

Bildirilir ki, yaşları 20-dən 42-dək olan Gürcüstan vətəndaşları Avstriyaya Almaniya, Fransa və İtaliyadan gəliblər.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>