Sizin link burada

YUNESKO-nun baş direktoru yenidən seçilmədi

Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu da nəticə verməyib.

 

 

APA-nın TASS agentliyinə istinadən xəbərinə görə, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

 

Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postuna 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir. 

 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

 

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>