Sizin link burada

Kukla Teatrına yeni direktor təyin olundu

Gəncə Dövlət Kukla Teatrına yeni direktor təyin olunub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, teatrda aktrisa kimi fəaliyyət göstərən Mahirə Haqverdiyeva teatrın direktoru vəzifəsinə təyin olunub. Məlumata görə, 1978-ci ildə anadan olan Mahirə Haqverdiyeva 1997-ci ildən teatrda aktrisa vəzifəsində çalışıb.

 

Qeyd edək ki, teatrın əvvəlki direktoru Bayram Fətəliyev bir müddət əvvəl dünyasını dəyişib.

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>